Azərbaycan kubokunda 32-ci dəfə penaltilər seriyası olub
Azərbaycan kuboku tarixində 32-ci dəfə penaltilər seriyası olub.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, sayca 32-ci mövsümün 1-ci təsnifat mərhələsində keçirilən “Qusar” – “Şahdağ Qusar” oyununda baş verib.
Qolsuz bitən görüşdə nominal qonaqlar 11 metrlik zərbələri daha dəqiq yerinə yetiriblər – 5:4. Bu “lotereya” Qusar derbisinin hər iki iştirakçısı üçün ilk belə seriya olub. Şəhərin eyniadlı təmsilçisi yarışın debütantıdırsa, “Şahdağ Qusar” iniyədək qatıldığı kubok matçlarında qalibi penaltilərlə müəyyənləşdirməyib.
Azərbaycan kubokunda sonuncu belə seriya isə 2021/2022 mövsümünün finalında gerçəkləşib. 540 gün əvvəl – 2022-ci il mayın 27-də “Qarabağ” “Zirə”ni üstələyib – 4:3.
Bizi Facebook-da izləyin