“Uzun müddətdir özümü bu qədər yaxşı hiss etməmişdim”

“Çelsi”nin müdafiəçisi Ris Ceyms hazırkı fiziki durumu, eləcə də, karyerasında aldığı zədələrdən hansı nəticələrə gəldiyi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fiziki durumunun tədricən bərpa olunduğunu deyib:

“Uzun müddətdir özümü bu qədər yaxşı hiss etməmişdim. Şübhəsiz ki, mənim gücüm və fiziki hazırlığım tədricən bərpa olunur. Bədənim məni xəbərdar edirdi, amma qulaq asmadım. İndi mən bunu daha yaxşı başa düşürəm”.

23 yaşlı futbolçu 2023-cü ildə 6 dəfə zədələnib. Bu mövsüm ingilis müdafiəçi bütün turnirlərdə 6 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button