“Uruqvay çox yaxşı oynadı” – Argentinalı futbolçu

Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul DÇ-2026-nın seçmə mərhələsində Uruqvaya məğlubiyyəti (0:2) şərh edib.

Komanda.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Atletiko”nun futbolçusu özünü komandanın vacib oyunçusu kimi hiss etdiyini bildirib:

“Təəssüf ki, meydanda yaratdığımız hər şeyi reallaşdıra bilmədik. Uruqvay çox yaxşı oynadı. Azarkeşlərimizə qələbə qazandıra bilmədiyimiz üçün təəssüflənirik. Qarşıdan daha bir matç gəlir. “Marakana” ilə bağlı yaxşı xatirələrimiz var, lakin çətin matç olacağını bilirik. Özümü komandanın vacib oyunçusu kimi hiss edirəm, ona görə də, məsuliyyəti öz üzərimə götürməliyəm, xüsusən də, məğlubiyyət zamanı. Biz toparlanmalıyıq və Braziliyada gözəl oyun nümayiş etdirməliyik”.

Braziliya – Argentina qarşılaşması 22 noyabrda, saat 04:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button