“Arsenal” Premyer Liqanı qazana bilər” – Keçmiş futbolçu

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill “Arsenal”ın bu mövsüm perspektivlərini dəyərləndirib.

Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş futbolçusu “Arsenal”ı favorit olaraq görür:

“Düşünürəm ki, “Arsenal” Premyer Liqanı qazana bilər. O qədər də yaxşı başlamasalar da, “topçular” ötən mövsüm onlardan gördüyümüz oyuna qayıdacaqlar. Mövsümə bir az pis başlamaları heç də pis hal deyil. Onlar “Mançester Siti”dən o qədər də geri qalmırlar. “Arsenal”la bağlı məni narahat edən mərkəz hücumçu mövqeyidir. Qabriel Jesus və Eddi Nketianı bəyənirəm, amma mənim üçün onlar iki və üç nömrədir. “Arsenal”a bir nömrə hücumçu lazımdır”.

“Arsenal” Premyer Liqada 12 turdan sonra 27 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button