“O, Qvardioladan daha yaxşıdır”

“Barselona”nın sabiq yarımmüdafiəçisi Kevin-Prins Boatenq baş məşqçi Roberto De Zerbi (“Brayton”) ilə Pep Qvardiolanı (“Mançester Siti”) müqayisə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qanalı futbolçu De Zerbini növbəti 20-30 ilin ən yaxşısı adlandırıb:

“De Zerbi təxminən 10-12 il əvvəl olsaydı, başqa futbolçu olardım. Mənim üçün o, növbəti 20-30 ilin ən yaxşı məşqçisidir. Hər bir oyunçu onunla təkmilləşir: ikinci qapıçıdan hücumçuya qədər. 32 yaşımda özümü daha güclü hiss etdim. Mənim fikrimcə, o, Qvardioladan daha yaxşıdır.”

36 yaşlı Boatenq “Herta”, “Tottenhem”, “Borussiya” (Dortmund), “Milan”, “Şalke”, “Fiorentina” və “Barselona” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button