“Qorxu var, amma…” – Spaletti
İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AÇ-2024-ün seçmə mərhələsində Şimali Makedoniya və Ukrayna ilə keçiriləcək oyunlarla bağlı gözləntilərini bölüşüb.
Komanda.az “Sport İtalia”-ya istinadən xəbər verir ki, italyan mütəxəssis İngiltərə millsi ilə matçı da xatırlayıb:
“Biz daha çox kimdən qorxuruq: Şimali Makedoniyadan, yoxsa Ukraynadan? Qorxu var, amma birlikdə qalib gəlirik. İngiltərə ilə matçda çoxlu ümid işıqları gördüm, biz zibil zülmətində deyildik. Biz adətən məğlubiyyətləri yaddaşımızdan silməyə meylli oluruq. Lakin həmin matçda diqqət etməmiz lazım olan çoxlu yaxşı şeylər var idi”.
İtaliya – Şimali Makedoniya görüşü 17 noyabrda, saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin