Azərbaycanlı hakim Gürcüstan millisinin oyununa təyinat alıb
Azərbaycanın FİFA referisi Rauf Cabarov təyinat alıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı ədalət təmsilçisi 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan milliləri arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.
Ona Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 16-da Skopyedə keçiriləcək Şimali Makedoniya – Gürcüstan qarşılaşması saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin