“Qəbələ”nin kapitanı cari mövsümdə meydana çıxan ən yaşlı futbolçu olub
“Qəbələ”nin kapitanı Asif Məmmədov Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxan ən yaşlı futbolçu olub.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi 13-cü turda “Zirə” ilə oyunda iştirak etməklə bu göstəriciyə imza atıb.
Qarşılaşmanın 83-cü dəqiqəsində Yaovi Akakponu əvəzləyən Asif Məmmədov cari mövsümdə ilk matçını keçirib. O, 37 yaş 98 günündə oynamaq şansı qazanıb.
“Qəbələ”nin kapitanına qədər mövsümün ən yaşlı futbolçusu “Kəpəz”in 35 yaşlı müdafiəçisi Vurğun Hüseynov idi. “Zirə”nin qapıçısı Anar Nəzirov və onun “Turan Tovuz”dakı həmkarı Kamal Bayramov bu mövsüm Peşəkar Futbol Liqasında qeydiyyatdan keçən ən yaşlı futbolçulardır. Lakin onlar hələ heç bir görüşdə iştirak etməyiblər.
“Zirə” – “Qəbələ” oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb
Bizi Facebook-da izləyin