“Mançester Siti”dən “Çelsi” ilə məhsuldar heç-heçə

İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 5 görüş baş tutub.

“Liverpul” doğma meydanda “Brentford”u darmadağınla yenib.

Turun mərkəzi oyununda “Çelsi” “Mançester Siti” ilə üz-üzə gəlib. Bol qollu bu oyunda qalib müəyyənləşməyib.

Hazırda 28 xala malik “Mançester Siti” vahid liderdir. “Liverpul”la “Arsenal” liderdən 1 xal geri qalır. “Tottenhem”in 26, “Aston Villa”nın 25, “Mançester Yunayted”in 21, “Çelsi”nin 16 xalı var.

İngiltərə Premyer Liqası
12-ci tur

11 noyabr

Vulverhempton – Tottenhem 2:1
Qollar: Sarabiya, 90+1. Lemina, 90+7 – B.Conson, 3.

Arsenal – Börnli 3:1
Qollar: Trossard, 45+1. Saliba, 57. Zinçenko, 74 – Braunhill, 54.

Kristal Pelas – Everton 2:3
Qollar: Eze, 5-pen. Eduard, 73 – Mikolenko, 1. Dukure, 49. Qeye, 86.

Mançester Yunayted – Luton Taun 1:0
Qol
: Lindelöf, 59.

Bornmut – Nyukasl 2:0
Qollar
: Solanke, 60; 73.

12 noyabr

Aston Villa – Fulhem 3:1
Qollar
: Robinson, 27-öz qapısına. Makqinn, 42. Uotkins, 64 – R.Ximenes, 70.

Brayton – Şeffild Yunayted 1:1
Qollar
: Adinqra, 6 – Uebster, 74-öz qapısına.

Liverpul – Brentford 3:0
Qollar
: Salah, 39; 62. Jota, 74.

Vest Hem – Nottingem Forest 3:2
Qollar
: Paketa, 3. Bouen, 65. Souçek, 88 – Avoniyi, 44. Elanqa, 63.

Çelsi – Mançester Siti 4:4
Qollar
: T.Silva, 29. Sterlinq, 37. N.Cekson, 67. Palmer, 90+5-pen – Haland, 25-pen; 47.  Akanci, 45+1. Rodri, 86.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button