Ançelotti Bellingemin zədəsindən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Çud Bellingemin çiynindən zədə alması və bu səbəbdən iki həftə oynamayacağı haqda açıqlama verib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, ingilis futbolçunun bir müddət sonra meydana qayıdacağını bildirib:

“O, İngiltərəyə gedəcək, amma tezliklə qayıdacaq. Bellingem çiynini gücləndirmək üçün ara verməlidir. Yaxın günlərdə bunun üzərində işə başlamağı planlaşdırır. Beynəlxalq fasilədən sonra o, meydana qayıda biləcək”.

Noyabrın 11-də yarımmüdafiəçinin sol çiynindən zədə aldığı məlum olub. Bu zədə səbəbindən o, “Valensiya” ilə son matçda (5:1) iştirak edə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button