ÇL: “Bu gecə qələbəyə yaxın idik” – Hou
“Nyukasl”ın baş məşqçisi Eddi Hou Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Dortmund “Borussiya”sı ilə oyunda (0:2) məğlubiyyəti şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qələbə qazanmaq üçün komandanın çox çalışdığını deyib:
“Bu gecə qələbəyə yaxın idik. Burada qalib gəlmək üçün kifayət qədər yaxşı idik. Bunun üçün kollektiv məsuliyyət daşımalıyıq. Çalışacağıq ki, son iki görüşdə qələbə qazanaq.
Bazar günü oyunçular o qədər çox çalışdılar ki, onlara şübhə etmirəm. Sadəcə düşünürəm ki, bəlkə də, növbəti oyun bizim üçün çox tez gəldi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin