“Kəpəz”in müvəqqəti baş məşqçisi məlum olub

Azər Məmmədovun baş məşqçi postundan istefasından sonra “Kəpəz”i qarşıdakı oyunlara kimin çıxaracağı məlum olub.

Komanda.az xəbər verir ki, “Kəpəz”i Premyer Liqanın 13-cü turunun “Araz-Naxçıvan”la görüşünə hazırlayacaq, baş məşqçi əvəzi postunu müvəqqəti olaraq kimə həvalə edəcəyi dəqiqləşib.

Bu vəzifə müvəqqəti olaraq Azər Məmmədovun keçmiş köməkçisi Etibar İbrahimova tapşırılıb.

“Kəpəz” rəhbərliyi hazırda baş məşqçi axtarışlarını davam etdirir və buna görə bir neçə mütəxəssislə danışıqlar aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button