“Ağabala Ramazanovun həyati təhlükəsi yoxdur”

“Səbail” kapitanı Ağabala Ramazanovun son durumu ilə bağlı açıqlama yayıb.

Komanda.az xəbər verir ki, açıqlamada bildirilir:

“Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail – “Turan Tovuz” oyununda zədələnən və xəstəxanaya təxliyyə olunan Ağabala Ramazanovun həyati təhlükəsi yoxdur. Futbolçumuz bir neçə gün həkim nəzarətində olacaq”.

Qeyd edək ki Ağabala Ramazanov “Turan Tovuz”a qarşı matçda rəqib futbolçu Faiq Hacıyevlə toqquşmadan sonra yerdə qalıb. Dərhal meydana hər iki komandanın tibbi personalı daxil olub. Ona meydanda bir neçə dəqiqə köməklik göstərilib. Huşunu itirən Ramazanov daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button