“Bu, Səudiyyə Ərəbistanı üçün əla fürsətdir” – Mançini

Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi Roberto Mançini hesab edir ki, bu ölkə 2034-cü il dünya çempionatına ev sahibliyi etməyə yeganə namizəddir.

Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, ölkənin qarşıdakı 10 il ərzində dünya çempionatına fantastik şəkildə hazırlaşa biləcəyini bildirib:

“Bu, Səudiyyə Ərəbistanı üçün əla fürsətdir. Qarşıdakı 10 il ərzində ölkə dünya çempionatına fantastik şəkildə hazırlaşa biləcək. Bunun üçün onların bütün resursları var”.

Mançini yayda Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Onun müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button