“Mənim üçün ən böyük Peledir” – Roma Papası
Roma Papası Fransisk hansı futbolçuya pərəstiş etdiyini açıqlayıb.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Papadan həmyerliləri Dieqo Maradona və Lionel Messi arasında seçim etmək istənilsə də, o, başqa seçim edib:
“Üçüncü variantı seçərdim – Pele!
Maradona əla oyunçu idi, lakin bir insan kimi uğursuz oldu. Maradona onu tərifləyənlərin yanında büdrədi, onlara kömək etmədi. O, mənim yanıma pontifikatın (dini termin) birinci ilində gəldi, sonra da sonuna doğru getdi.
Messi çox istedadlıdır. O, centlmendir. Amma mənim üçün ən böyük Peledir. Mən onunla danışmışdım. Bir dəfə Buenos-Ayresdə olarkən onunla təyyarədə tanış olmuşdum.
Onların hər üçü böyük oyunçudur. Hər birinin özünəməxsus xüsusiyyətləri var”.
Pele ağır və uzun sürən xəstəlikdən sonra, 29 dekabr 2022-ci ildə vəfat edib. Maradona 25 noyabr 2020-ci ildə, ürək tutmasından ölüb.
Bizi Facebook-da izləyin