Arteta Jezus haqda: “O, hamını tələsdirir”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın hücumçusu Qabriel Jezusun sağalma prosesindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, braziliyalı futbolçunun mümkün qədər tez geri qayıtmaq istədiyini deyib:
“Düzünü desəm, Jesusun sağalması üçün vaxt verməyəcəm, çünki bunu bir dəfə etdim və tamamilə səhv olduğu ortaya çıxdı. Biz diqqətli olmalıyıq. O, hamını tələsdirir və mümkün qədər tez geri qayıtmaq istəyir”.
26 yaşlı braziliyalı forvard Premyer Liqanın 10-cu turunda, “Şeffild Yunayted”lə oyunda (5:0) zədələnib.
O, bu mövsüm bütün yarışlarda 11 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin