Bekhem Messinin “qızıl top”u alması haqda danışıb

“İnter Mayami”nin həmsahibi Devid Bekhem Lionel Messinin 2023-cü ildə “qızıl top” mükafatını almasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Messinin bu uğurunu qeyd edəcəklərini deyib:

“Onun “İnter Mayami” oyunçusu olduğunu və şəhərimizdə olduğunu əlavə etmək xüsusilə xoşdur. O, komanda yoldaşları və ailəsi ilə özünəməxsus şəkildə bunu qeyd edəcək. Mayamidə bunu qeyd etmək üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, yaxşı bir yığıncaq keçirə bilərik”.

36 yaşlı argentinalı futbolçu müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Erlin Haland (“Mançester Siti”) və Kilian Mbappeni (PSJ) geridə qoyub. Bu mükafat Messinin karyerasında səkkizinci olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə dünyanın ən yaxşı oyunçusu kimi tanınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button