Messi “qızıl top”u qazanan ilk MLS oyunçusu olub

Oktyabrın 30-da Fransanın “France Football” qəzetinin son mövsümün mükafatlandırma mərasimi baş tutub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, “qızıl top” mükafatını “İnter Mayami”nin hücumçusu Lionel Messi alıb. Argentinalı futbolçu Amerika MLS Liqasında bu mükafatı alan ilk aktiv oyunçu olub.

Bu mükafat 36 yaşlı hücumçu üçün onun karyerasında səkkizinci olub. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə nüfuzlu mükafata layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button