İngiltərə klubu “Yuventus”un futbolçusuna “elçi düşüb”
“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli “Vest Hem”in hədəfinə çevrilib.
Komanda.az “Tuttojuve”-yə istinadən xəbər verir ki, “çəkicdöyənlər” italyalı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.
“Qoca sinyora” da futbolçusu üçün danışıqlara açıqdır.
Lokatelli bu mövsüm Turin təmsilçisi ilə 6 oyun keçirib və 3 sarı vərəqə alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin