“Bayer”ə qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada yerli “Bayer” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 3-cü tur oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında Almaniya təmsilçisinin baxımlı oyun sərgilədiyini və Bundesliqada layiqli lider olduğunu söyləyib:

“Çox ciddi komandaya qarşı oynayacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Biz hər komandaya qarşı fərqli hazırlıq keçirik. Rəqib isə 2-3 sistemdə oynaya bilir. Futbolçular bu cür qarşılaşmalar oynadıqca böyüyür”.

Qurbanov matç üçün start heyətin bəlli olduğunu vurğulayıb: “Görüşün gedişində müəyyən dəyişikliklər ola bilər”.

“Qarabağ”ın müdafiəçisi Kevin Medina da matçla bağlı gözləntilərini bölüşüb:

“Rəqibimizin əlavə təqdimata ehtiyacı yoxdur. Belə komandalara qarşı oynamağı sevirik. Matça yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, səfərdən yaxşı nəticə ilə qayıdacağıq”.

Oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button