“Böyük Dəbilqə”: Azərbaycanın 2 cüdoçusu “bürünc” uğrunda görüşə çıxacaq
Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
Komanda.az xəbər verir ki, Ruslan Paşayev (66 kq) və Leyla Əliyeva (48 kq) yarımfinalda uduzsalar da, medal qazanmaq şanslarını saxlayırlar.
Onlar həlledici qarşılaşmada müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh və italiyalı Françeska Milani ilə görüşəcəklər.
Bu gün mübarizəyə qoşulan Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kəramət Hüseynov (66 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) medal qazanmaq şanslarını itiriblər.
Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.
Bizi Facebook-da izləyin