“Hərdən Messinin yanımda olmasına heyrətlənirəm” – 17 yaşlı futbolçu
“İnter Mayami”nin futbolçusu Tayler Hall komandanın hücumçusu Lionel Messi ilə ilk məşqinin təəssüratlarını bölüşüb.
Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı futbolçu Messinin bütün gənc oyunçularla yaxşı anlaşdığını bildirib:
“Messinin gəldiyi ilk gün qeyri-adi görünürdü. Sanki video oyununda idim. Hərdən onun yanımda olmasına heyrətlənirəm. Çox açıq adamdır. Həmişə gülümsəyir və həmişə əlimi sıxmağa gəlir. Messi əla insandır və bütün gənc oyunçularla çox yaxşı anlaşır”.
“İnter Mayami” mövsümün sonunda Şərq Konfransında 14-cü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin