“Araz-Naxçıvan” 50-ci qolunu vurub

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley topuna Elvis Maşike imza atıb.

O, 10-cu turda fərqlənib. “Qəbələ” ilə səfər görüşündə (4:1) komandasının 3-cü qolunu vuran konqolu futbolçu klub tarixinə düşüb.

“Araz-Naxçıvan”ın 50-ci qolu yüksək liqadakı 52-ci matçda qeydə alınıb. Qəbələdə daha bir dəfə fərqlənməklə bu rəqəmi 51-ə çatdıran komandanın orta məhsuldarlığı 0,98-ə bərabərdir. Naxçıvanlılar evdə 26, səfərdə 25 qol vurublar.

Muxtar Respublika təmsilçisinin ilk qolu 2000-ci il avqustun 20-də qeydə alınıb. Quba “Şahdağ”ının qonağı olan “Araz-Naxçıvan” İlham Allahyarovun rəqib qapısına yol tapdığı matçda 1:0 hesablı qələbə qazanıb.

Qəbələdəki qələbə “Araz-Naxçıvan”ın yüksək liqada 3 xal qazandığı 15-ci matç olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button