Neymarın zədəsinin ciddiliyini qiymətləndirmək olmur
Həkimlər Neymarın zədəsinin ciddiliyini hələlik qiymətləndirə bilmirlər.
Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin 4-cü turunun matçında Uruqvaya uduzub (0:2). İlk hissədə “sambaçılar”ın hücumçusu Neymar ciddi zədələnib. O, Nikolas De La Kruzla toqquşmada dizindən zədə alıb və meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.
Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, Neymar hətta matç başa çatdıqdan sonra da stadionu qoltuqağacında tərk edib və Braziliya millisinin baş həkimi ayağının çox şişdiyinə görə hələ də zədənin ciddiliyini qiymətləndirə bilmir.
Neymarın bu gün yenidən müayinədən keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin