“Qəzetlərdəki saxta xəbərlər məni şoka salır” – “Yuventus”un futbolçusu
“Yuventus”un yarımmüdafiəçisi Nikolo Faqioli qanunsuz mərc oyunları oynadığı üçün 7 aylıq diskvalifikasiyasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qəzetlərdə yayılan saxta xəbərlərdən söz açıb:
“Mən səhvimdən sonra “Yuventus” azarkeşlərindən və bütün futbolsevərlərdən üzr istəməli olduğumu düşündüm… Amma qəzetlərdəki yalan təfərrüatlarla dolu saxta xəbərlər məni şoka salır. Bu, yalnız məni pis göstərmək üçün edilir. Tezliklə təfərrüatları təqdim edəcəm”.
22 yaşlı yarımmüdafiəçinin futbol matçlarına mərc etdiyi üçün diskvalifikasiya edildiyi məlum olmuşdu.
O, bu mövsüm İtaliya çempionatında “qoca sinyora”nın heyətində 6 oyun keçirib və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin