“Başqa klublar daha çox pul təklif etsəydilər, yenə də “Barselona”nı seçərdim”

“Barselona” tərəfindən transfer edilən “Atletiko Paranaense”nin hücumçusu Vitor Roke Kataloniya klubuna keçidinin uğursuzluğa düçar olma ehtimalı ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu Kataloniya klubunda oynamağın arzusu olduğunu bildirib:

“Mən həmişə burada oynayacağıma əmin olmuşam. Bu mənim arzum idi. Hətta başqa klublar daha çox pul təklif etsəydilər, mən yenə də “Barselona”nı seçərdim”.

18 yaşlı braziliyalı futbolçunun yanvar ayında yeni klubuna qoşulacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button