Toral Bayramov avstriyalı futbolçuları şoka salıb

Avstriya yığmasının hücumçusu Saşa Kalayciç AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri matç haqda danışıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı forvard Toral Bayramovun oyunun sonlarında qaçırdığı əlverişli epizodu dəyərləndirib:

“Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü. Hamımız şokda idik. O, gözlənilmədən qapının önündə peyda oldu. Heç birimiz bunun necə baş verdiyini anlaya bilmədik. Onun əlverişli şansdan yararlana bilməməsinə görə çox şadam”.

Oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdırmaqla Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button