İsveç millisinin baş məşqçisi: “Gözlərimiz yaşla doludur”
İsveç millisinin baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsinin Belçika yığması ilə oyunu öncəsi iki isveçli azarkeşin qətlə yetirilməsinə münasibət bildirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, həlak olanların ailəsinə başsağlığı verib:
“Çox əsəbiləşdik, gözlərimiz yaşla doludur. Fasilə zamanı pis xəbər aldıq və çox kədərləndik. Futbolçular daha oynamaq istəmirdilər.
Biz hansı dünyada yaşayırıq? Son zamanlar çoxlu itkilər olur. Biz həlak olanların ailələrinə başsağlığı vermək istəyirik”.
Oktyabrın 16-da Brüsseldə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika – İsveç matçı öncəsi İsveç millisinin formasını geyinmiş iki azarkeş öldürülüb. UEFA təhlükəsizlik səbəbi ilə oyunu dayandırıb.
Bizi Facebook-da izləyin