Azərbaycan yığmasının rəqiblərinin oyunu yarıda qaldı – Atışmaya görə
Belçikanın paytaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər ölüb.
Komanda.az xəbər verir ki, bu barədə Belçika polisi bildirib.
Yayılan görüntülərdə naməlum şəxsin bir neçə dəfə atəş açdığı əks olunub. Ölənlərin İsveç milli futbol komandasının azarkeşləri olduğu deyilir. Polislər hadisə yerini mühasirəyə alıb. Atəş açan şəxsin axtarışları aparılır.
Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının rəqiblərindən olan Belçika yığması bu gün İsveç millisi ilə qarşılaşırdı. Baş verən hadisə ilə əlaqədar sözügedən oyun fasilədən sonra davam etdirilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin