İbrahimoviç: “Qvardiola nəyin bahasına olursa olsun, məndən yaxa qurtarmaq istəyirdi”
“Barselona”nın sabiq hücumçusu Zlatan İbrahimoviç Kataloniya klubunda oynadığı dönəmdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, transferin ilk altı ayından sonra klubdakı vəziyyətinin dəyişdiyini söyləyib:
“Barselona”ya transfer o vaxt hər bir futbolçunun arzusu idi. İlk altı ay pis deyildi, amma sonra vəziyyət kəskin şəkildə dəyişdi. Yaxşı vaxtlarım az idi, baş məşqçi Pep Qvardiola nəyin bahasına olursa olsun, məndən yaxa qurtarmaq istəyirdi”.
İbrahimoviç 2009-2011-ci illərdə “Barselona”da çıxış edib. O, İspaniya çempionatında 29 oyun keçirib və 16 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin