“Neftçi”dən “Spartak”ın futbolçusu ilə bağlı AÇIQLAMA

“Neftçi”nin mətbuat xidməti Bakı klubunun Rusiya “Spartak”ının müdafiəçisi Leon Klassenlə maraqlanması ilə bağlı sualı cavablandırıb.

Komanda.az xəbər verir ki, “Neftçi”nin mətbuat xidmətindən Rusiyanın “Sport Ekspress” nəşrinə verilən açıqlamada belə deyilib:

“Klub həqiqətən də futbolçu ilə maraqlanırdı. Hətta bəzi ilkin razılaşmalar da əldə olunub. Amma Klassen Avropanın digər klublarından təklif gözlədiyi üçün bütün bunlar gecikdi. Klassen razılaşanda “Neftçi” artıq başqa futbolçu ilə bağlı qərar vermişdi. Bu səbəbdən, sövdələşmə baş tutmadı. Biz futbolçunu izləməyə davam edirik və gələcək əməkdaşlıq variantını istisna etmirik”.

Daha əvvəl “Metaratings” futbolçunun icarə əsasında “Neftçi”yə keçməkdən imtina etdiyini yazmışdı.

Klassen bu mövsüm “Spartak”la 4 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button