“Mən qayıdanda başqaları üçün çətin olacaq” – Konte

“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte potensial olaraq futbola qayıtmağı haqda danışıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, məşqçilik karyerasına hələ ki, qayıtmaq fikrinin olmadığını bildirib:

“Stress mənə motivasiya verir, çünki qalib gələndə daha da yaxşı olur. Müsbət və mənfi stress var. Mənim üçün bu, enerji və saf adrenalindir. Qayıdandan sonra ən yüksək çətinliklərlə üzləşməyə daha yaxşı hazırlaşacam. Xəbərləri oxudum, amma indi özümə və böyüyən qızıma vaxt ayırmalı olduğumu hiss edirəm. Bundan sonra “döyüş”ə qayıtmağa hazır olacağam. Mən qayıdanda isə başqaları üçün çətin olacaq”.

54 yaşlı mütəxəssisin son iş yeri “Tottenhem” olub. O, mart ayında London klubunu tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button