“Sadəcə “hə” deyib oradan uzaqlaşa bilməzdim” – Maquayr
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr “Vest Hem”ə uğursuz transferi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu transferlə bağlı heç bir razılıq əldə olunmadığını söyləyib:
“Vest Hemə keçid nə mənimlə, nə də klublar arasında razılaşdırılmayıb. Sadəcə “hə” deyib oradan uzaqlaşa bilməzdim. Bu istiqamətdə kifayət qədər irəliləməmişdik”
“Vest Hem” böyük klubdur, amma mən hələ də bütün diqqətimi “Mançester Yunayted”ə yönəltmişəm. Mən klubdakı mövqeyim uğrunda mübarizə aparmaq istəyirəm, amma əlbəttə, oyun vaxtı mənim üçün çox vacibdir”.
30 yaşlı ingilis futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə dörd oyun keçirib və bir məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Facebook-da izləyin