“İspaniya La Liqası möhkəmdir” – Tebas
İspaniya La Liqasının prezidenti Xavyer Tebas çempionatın maliyyə vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, həmçinin PSJ rəhbərliyinin pul siyasətini tənqid edib:
“İspaniya La Liqası möhkəmdir və Avropanın ilk beşliyindən biridir. İspaniya futbolu koronavirus pandemiyası zamanı çətin günlərə düşdü, lakin indi hər şey yaxşıdır. Onun davamlılığını təmin etmək əsas məsələdir.
Bilirik ki, Fransada PSJ demək olar ki, 605 milyon avro itirdi və maliyyə məhdudiyyətləri olmasaydı, klub daha çox itirərdi. PSJ pul xərcləyərək liqa çempionluğunu qazana bilərdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin