“Azərbaycanın seçim imkanı bizdən genişdir”

“Azərbaycan millisinin seçim imkanı bizdən genişdir. Əvvəlki matçlara diqqət yetirsəniz, onların daha çox futbolçudan yararlandıqlarını görərsiniz. Bizim isə kiçik qrupumuz var”.

Komanda.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Şimali İrlandiya yığmasının baş məşqçisi Tommi Rayt Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı bu gün keçiriləcək oyun ərəfəsində yerli mətbuata açıqlamasında deyib.

60 yaşlı mütəxəssis ilk iki turda məğlub olmalarına baxmayaraq, Bakıya qələbə üçün gəldiklərini bildirib: “Bakıya səfər təbii olaraq hazırlıq vaxtının bir hissəsini aldı. Buna görə də diqqətli olmalıyıq. Azərbaycanın Serbiya ilə keçirdiyi son oyunun görüntüləri bizdə var. Komandanı buna uyğun hazırlamışıq. Matçı səbirsizliklə gözləyirik. Əvvəlki görüşdə Ukraynaya uduzsaq da, aparılan mübarizə oyunçulara müsbət təsir göstərməlidir. Çünki həmin qarşılaşmanı çox yaxşı keçirdik”.

Bu gün “Azərsun Arena”da keçiriləcək Azərbaycan – Şimali İrlandiya qarşılaşması saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button