Türkiyə Xorvatiyaya, İspaniya Şotlandiyaya qarşı
Bu gün AÇ-2024-ün seçmə mərhələsində 7-ci tura start veriləcək.
Komanda.az xəbər verir ki, ilk gündə 4 qrupun oyunları keçiriləcək.
A qrupunun lideri Şotlandiya səfərdə ən yaxın izləyicisi İspaniya ilə qarşılaşacaq. İspanlar bu görüşdə qalib gələ bilməsələr və ya qrupun digər matçında Norveç Kiprdən 3 xal ala bilməsə, britaniyalılar final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.
Türkiyə yığması yer aldığı D qrupunda favorit Xorvatiyanın qonağı olacaq. Hər iki komanda eyni xala malik olduğundan, bu qarşılaşma finala bərabər sayılır.
AÇ-2024-ün seçmə mərhələsi
7-ci tur
12 oktyabr
A qrupu
22:45. Kipr – Norveç
22:45. İspaniya – Şotlandiya
Xal: Şotlandiya – 15 xal (5 oyun), İspaniya – 9 (4), Norveç – 7 (5), Gürcüstan – 4 (5), Kipr – 0 (5)
D qrupu
20:00. Latviya – Ermənistan
22:45. Xorvatiya – Türkiyə
Xal: Xorvatiya – 10 (4) , Türkiyə – 10 (5), Ermənistan – 7 (5), Uels – 7 (5), Latviya – 0 (5)
E qrupu
22:45. Albaniya – Çexiya
22:45. Farer adaları – Polşa
Xal: Albaniya – 10 (5), Çexiya – 8 (4), Moldova – 8 (5) , Polşa – 6 (5), Farer adaları – 1 (5)
İ qrupu
22:45. Andorra – Kosovo
22:45. Belarus – Rumıniya
İsrail – İsveçrə oyunu təxirə salınıb
Xal: İsveçrə – 14 (6), Rumıniya – 12 (6), İsrail – 11 (6), Belarus – 4 (6), Kosovo – 4 (6), Andorra – 2 (6)
Bizi Facebook-da izləyin