“Napoli”nin prezidenti: “Ən yaxşı qərarı doğru zamanda verəcəm”
“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın son uğursuz nəticələrindən danışıb, həmçinin baş məşqçisi Rudi Qarsiya ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri ən yaxşı qərarı doğru zamanda verəcəyini bildirib:
“Bu, Rudi Qarsiya üçün ən yaxşı anı deyil. İtaliya futbolunu o qədər də yaxşı bilməyən baş məşqçi seçmək qərarına gələndə belə şeylər baş verir. Ən yaxşı qərarı doğru zamanda verəcəm. Azarkeşlər mənə təsir edə bilmirlər”.
Daha öncə mətbuatda “Napoli”nin rəsmiləri və baş məşqçinin iştirakı ilə yığıncaq keçirildiyi, orada komandadakı mövcud vəziyyətin müzakirə edildiyi barədə məlumat yayılmışdı. Yaxın vaxtlarda Neapol klubunun rəhbərliyinin 59 yaşlı mütəxəssisin gələcək taleyi ilə bağlı qərar verəcəyi deyilir.
Bizi Facebook-da izləyin