Bekhem “Mançester Yunayted”in səfiri ola bilər

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Devid Bekhem Qətər şeyxi Casim bin Cabir Əl Taninin klubu alacağı təqdirdə, komandanın səfiri olmaq şansı əldə edə bilər.

Komanda.az “Talk Sport”-a istinadən xəbər verir ki, İngiltərə klubunun keçmiş kapitanı Qətər şeyxinin gətirmək istədiyi “Mançester Yunayted”in bir neçə əfsanələrindən biridir.

48 yaşlı Bekhem 1993-2003-cü illərdə “Mançester Yunayted”də çıxış edib.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının səkkiz turundan sonra 12 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button