Vlahoviç derbini buraxa bilər
“Yuventus”un hücumçusu Duşan Vlahoviçin “Torino” ilə derbidə iştirakı şübhə altındadır.
Komanda.az xəbər verir ki, serbiyalı forvardın belində problem olduğu üçün İtaliya çempionatının 7-ci turunun “Atalanta” ilə oyununda (0:0) iştirak etməyib.
23 yaşlı futbolçu bu mövsüm Turin komandasının heyətində 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Yuventus” – “Torino” matçı oktyabrın 7-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin