Məsiyev Fransa klubunun oyununa təyinat alıb
Azərbaycanın daha bir FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Komanda.az xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda iş başında olacaq.
Məsiyev Farer adalarında yerli “Ki Klaksvik” və Fransanın “Lill” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Oktyabrın 5-də Torshavnda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.
Xatırladaq ki, digər FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin