Lopeteqi “Vulverhempton”dan ayrılmasının səbəblərini açıqladı
“Vulverhempton”un keçmiş baş məşqçisi Xulen Lopeteqi 2023/2024 mövsümünün başlamasına bir neçə gün qalmış klubu niyə tərk etdiyini açıqlayıb.
Komanda.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, o, klub rəhbərliyi ilə fikir ayrılığına görə getmək qərarı verdiyini bildirib:
“Mövsümöncəsi oyuna başlayanda mənə dedilər ki, bunu etmək mümkün deyil (komandanı inkişaf etdirmək və ilk onluqdakı yerlər uğrunda mübarizə aparmaq). Və sonra ayrılmaq qərarına gəldik. Mən bütün klub işçilərini, bütün oyunçuları və əlbəttə ki, azarkeşləri sevirəm. Onlar mənə inanılmaz hərarətlə yanaşdılar. Yeni baş məşqçi Qari Onill, idman direktoru Matt Hobbs, baş menecer Matt Vild və bütün oyunçulara uğurlar arzulayıram. Mən həmişə “balaca canavar” olacam.
Rəhbərliyin öz səbəbləri var idi və mən buna hörmət edirəm. Klub üçün nə istədiklərinə qərar verirlər. Və mən də özüm üçün nə istədiyimə qərar verə bilərəm. Mən uduzmaqdan qorxmuram, amma kluba öz layihəmlə getmişdim. Rəhbərlik öz fikrini verəndə bu məsələ ilə bağlı düşüncəmi bilməli idilər. Siz bir istiqamətdə hərəkət edirsiz, mən başqa istiqamətdə hərəkət edirəm. Odur ki, hər şey yaxşı olsun”.
Bizi Facebook-da izləyin