Serxio Ramosun evi qarət edildi
“Sevilya”nın müdafiəçisi Serxio Ramosun evinə oğrular tərəfindən basqın edilib.
Komanda.az ABC nəşrinə istinadən xəbər verir ki, hadisə Ramosun Çempionlar Liqasında “Lans”la oyun vaxtı (1:1), həyat yoldaşı Pilar Rubionun isə şəhərdən kənarda olduğu vaxt baş verib.
Oğrular evə soxulan zaman içəridə cütlüyün dörd uşağı və dayələri olub. Hadisə zamanı onlar xəsarət almayıb.
Evdən Ramos və Rubionun saxladıqları bahalı saatlar, zinət əşyaları, geyimlər və pullar oğurlanıb. Polis artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin