“Onlar hələ A Seriyasında oynamağın nə demək olduğunu bilmirlər” – Keçmiş futbolçu
“Milan”ın sabiq qapıçısı Nelson Dida A Seriyasının bu mövsümündə keçmiş komandasının nəticələrini şərh edib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, braziliyalı keçmiş qapıçı klubun zamana ehtiyacı olduğunu söyləyib:
“Komanda hələ də inkişaf mərhələsindədir. Düzdür, artıq beş oyun keçirilib, amma məşqçilər korpusuna işləmək üçün vaxt vermək lazımdır. Stefano Pioli (baş məşqçi) çoxlu transferlər etdi və onların hər birinin hansı vəzifələri tuta biləcəyini başa düşmək üçün vaxt lazımdır. Bundan əlavə, İtaliyada əvvəllər oynamayan futbolçular var. Onlar hələ A Seriyasında oynamağın nə demək olduğunu bilmirlər”.
“Milan” A Seriyasının bu mövsümündə 4 qələbə qazanıb, 1 oyunda uduzub. Komanda 12 xalla İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir.
Bizi Facebook-da izləyin