Cerrardın peşmanlığı
“Liverpul”un keçmiş kapitanı və yarımmüdafiəçisi Stiven Cerrard 2015-ci ildə müqaviləsi başa çatdıqdan sonra Mersisayd klubundan necə ayrıldığını xatırladıb.
Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis İngiltərə klubunda rotasiya oyunçusu olmaq istəmədiyini dilə gətirib:
“Müqaviləmi bir il uzatmamaq qərarına gəldim və Amerikaya getdim. Amma razılaşsaydım, Yurgen Kloppun yanında altı ay oynayardım. Sonra mənə dedilər ki, getdikcə daha az oynayacam və mən “Liverpul”da rotasiya oyunçusu olmaq istəmirdim. Özümü hələ də həmin komandanın ən yaxşı yarımmüdafiəçisi kimi hiss edirdim. Geriyə baxanda deyə bilərəm ki, nə olacağını bilsəydim, bu müqaviləni imzalayardım”.
Cerrard keçən ilin oktyabrında “Aston Villa” rəhbərliyi tərəfindən qovulduqdan sonra ötən ilin yayından Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasını çalışdırır.
Bizi Facebook-da izləyin