Levandovski “Barselona”nın tarixinə düşdü

“Barselona”nın futbolçusu Robert Levandovski klubun tarixinə düşüb.

Komanda.az xəbər verir ki, 35 yaşlı hücumçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Antverpen”lə oyunda (5:0) qol vurmaqla rekorda imza atıb.

Polşalı forvard Kataloniya təmsilçisinin heyətində Çempionlar Liqasında qol vuran ən yaşlı oyunçu olub. O, bunu 35 yaş 29 günündə bacarıb.

Əvvəlki rekord 2021-ci ildə Kiyev “Dinamo”su ilə qarşılaşmada qol vuran Jerar Pikeyə məxsus idi. Pike 34 yaş 260 günlüyündə bunu etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button