İsgəndərli cəzalandı, komandası səfərdən 1 xalla döndü
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 4-cü tur çərçivəsində səfərdə “Partizani” ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. İsgəndərli bu oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. O, 27-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Eqnatiya” hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin