“Əvvəlki mövsümlərdə belə oyunçu çatışmırdı” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın forvardı Xoselunun çıxışından danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Ançelotti ispaniyalı futbolçunu tərifləyib:

“Xoselu bizə hücumda zəmanət verir, çünki o, digər futbolçular və qapıçı ilə yaxşı oynayır. Bunun nə fayda gətirə biləcəyini bilirik. Bu, vacib mövqedir, çünki bu keyfiyyətlərə malik başqa oyunçularımız yoxdur. Əvvəlki mövsümlərdə belə oyunçu çatışmırdı”.

33 yaşlı hücumçu yay transfer pəncərəsində “Espanyol”dan icarə əsasında “Real”a keçib. O, La Liqada 5 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button