DÇ: Maqomed-Başir Xaniyev üçün bürünc medal şansı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatına start verilib.

Komanda.az xəbər verir ki, ilk yarış günündə 61, 70, 86 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.

İntiqam Vəlizadə (61 kq) ilk mərhələdə koreyalı Hyeonsik Sonqa 5:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda qırğızıstanlı Tahirbek Jumaşbekə “tuş”la uduzub.

Maqomed-Başir Xaniyev (70 kq) debütdə qazaxıstanlı Sanjar Dojanov üzərində inamlı qələbə qazanıb – 9:2. Ancaq 1/8 finalda iranlı Babək Yazdaniçerati ilə bacarmayıb – 0:6. Rəqib finala yüksəldiyi üçün Xaniyev sabah təsəlliverici görüşdə polşalı Patrik Olenşinlə güləşəcək.

Abubakr Abakarov (86 kq) startda kanadalı Aleksandr Mura tam üstünlüklə (12:2) mübarizədən kənarlaşdırıb. Ancaq 1/8 finalda fransalı Raxim Magamadovla görüşdə hesabda öndə olarkən dizindən aldığı zədə qarşılaşmanı sonadək davam etdirməyə imkan verməyib və Abakarov yarışı tərk etmək məcburiyyətində qalıb.

Georgi Meşvildişvili (125 kq) təsnifat mərhələsində bolqarıstanlı İslam Adizovu vaxtından əvvəl məyus edib – 10:0. Meşvildişvili 1/8 finalda türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgülə 0:2 hesabıyla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button