“Neftçi” qrup səddini adladı
“Neftçi” Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının final mərhələsində qrup səddini adlamağı bacarıb.
Komanda.az xəbər verir ki, təmsilçimiz B qrupunda ABŞ (13:16) və Çin (10:21) millilərinə məğlub olsa da, sonuncu oyununda Çinin “Yuanda” klubuna 16:12 hesabı ilə qalib gəlib.
Azərbaycan klubu bununla da qrup üçüncüsü kimi “play-in”ə vəsiqə qazanıb. Bu mərhələdə “Neftçi”nin rəqibi Fransa millisi olacaq. Oyun sentyabrın 17-də, saat 11:25-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin