Premyer Liqada avqustun ən yaxşı baş məşqçisi bilindi
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi seçilib.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Postekoqlunun rəhbərlik etdiyi “Tottenhem” avqust ayında “Mançester Yunayted” və “Bornmut”u üstələyib (hər ikisi 2:0), “Brentford”la isə heç-heçə edib (2:2). Komanda 4 turdan sonra 10 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin